Rusiyanın baş naziri bu gün Azərbaycana gəlir

Rusiyanın baş naziri bu gün Azərbaycana gəlir
# 08 aprel 2016 07:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın baş naziri Dmitri Medvedev bu gün Bakıya səfər edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, o, Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşəcək.

D. Medvedev Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Bildirilir ki, bu səfər əvvəlcədən planlaşdırılmayıb, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən sonra gündəmə gəlib.

D. Medvedev Bakıya İrəvandan uçacaq.

Qeyd edək ki, o, İrəvanda Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyanla danışıqlar aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR