Azərbaycanın Yaponiyadakı səfiri Komatsu şəhərinin meri ilə görüşüb

Azərbaycanın Yaponiyadakı səfiri Komatsu şəhərinin meri ilə görüşüb
# 25 may 2016 07:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə İşikava prefekturasının Komatsu şəhərinin meri Şinji Vada ilə görüşüb.

APA-nın Azərbaycanın Yaponiyadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər arasında ikitərəfli əlaqələr, regional əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

Tərəflər həftədə iki dəfə Bakıdan Komatsuya Silk Way West Airlines tərəfindən həyata keçirilən kargo uçuşlarından məmnunluq ifadə edib və bunun digər sahələrdə də ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR