İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Saatlıda vətəndaşları qəbul edəcək
# 21 yanvar 2016 09:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Yanvarın 22-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Saatlıda İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyindən “APA_Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Gənclər Mərkəzində (Ünvan: Saatlı şəhəri, H.Əliyev Meydanı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR