Referendumla əlaqədar hərbi hissə və həbsxanalarda seçici siyahılarının dəqiqləşdirilməsnə ayrılan vaxt başa çatır

Referendumla əlaqədar hərbi hissə və həbsxanalarda seçici siyahılarının dəqiqləşdirilməsnə ayrılan vaxt başa çatır
# 04 sentyabr 2016 15:47 (UTC +04:00)

Bakı-APA. Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan vaxt başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən səsvermə gününə azı 20 gün qalanadək hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə seçki komissiyaları hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır.

Referendumla əlaqədar bu müddət sentyabrın 6-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR