Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsini qəbul edib

Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsini qəbul edib
# 05 avqust 2016 12:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR