48 həkim sertifikasiya imtahanından keçə bilməyib

48 həkim sertifikasiya imtahanından keçə bilməyib
# 07 oktyabr 2016 12:27 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin 3-4 oktyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb. APA-nın xəbərinə görə, imtahanlarda ümumilikdə 302 həkim iştirak edib, onlardan 48-i imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR