Mərkəzi Bank: Bu günə olan USD/AZN məzənnəsi sabah da qüvvədə qalacaq

Mərkəzi Bank: Bu günə olan USD/AZN məzənnəsi sabah da qüvvədə qalacaq
# 06 yanvar 2016 14:51 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün banklararası valyuta bazarında heç bir əməliyyat keçirilməyib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilir ki, bu səbəbdən Mərkəzi Bankın bu günə olan USD/AZN məzənnəsi yanvarın 7-də də qüvvədə qalacaq.

Xatırladaq ki, bu gün USD/AZN məzənnəsi 1,5626 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR