Nigeriyada silahlıların hücumları nəticəsində 80 nəfər ölüb

Nigeriyada silahlıların hücumları nəticəsində 80 nəfər ölüb
# 28 dekabr 2015 18:40 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın şimal-şərqində silahlıların hücumları nəticəsində azı 80 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Borno ştatının Madaqali şəhərində törədilən partlayışlar nəticəsində 30 nəfər həyatını itirib.

İlkin məlumata əsasən, iki nəfər qız terrorçu-kamikadze üzərilərindəki partlayıcı qurğunu bazarda işə salıblar.

Borno ştatının paytaxtı Mayduquridə bir gecə ərzində partlayış və atışmalar zamanı azı 30 nəfər həlak olub, 90 nəfər yaralanıb. Günorta isə məsciddə törədilən parlayış daha 20 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR