Moskvada ata və oğul asılmış vəziyyətdə tapılıb

Moskvada ata və oğul asılmış vəziyyətdə tapılıb
# 13 fevral 2016 09:29 (UTC +04:00)

Bakı - APA. Moskvanın cənub-qərbində mənzildə ata və oğulun meyiti tapılıb.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarındakı mənbə RİA "Novosti" agentliyinə bildirib ki, 80 yaşlı atanın başında torba kəndirdən asılı vəziyyətdə meyiti balkonda, 43 yaşlı oğulun bolta bağlanmış kəndirdən asılı meyiti isə otaqda aşkarlanıb.

Faktla bağlı zorakılıq əlamətli qətl faktı üzrə cinayət işi başlanıb.

İstintaq hazırda iki versiya üzərində işləyir: onların hər ikisinin öldürülməsi və oğulun əvvəlcə atasını öldürüb, sonradan intihar etməsi.

Paytaxt polisi meyitlərin tapıldığını təsdiqləsə də, əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR