Con Kerri: “Türkiyə bizə Gülənlə bağlı ittiham yox, sübutlar təqdim etməlidir”

Con Kerri: “Türkiyə bizə Gülənlə bağlı ittiham yox, sübutlar təqdim etməlidir”
# 18 iyul 2016 12:41 (UTC +04:00)

Bakı–APA. ABŞ dövlət katibi Con Kerri Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı fikirlərə münasibət bildirib.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, C. Kerri Türkiyə tərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdə ekstradisiya razılaşmasına əməl edəcəklərini bildirib. O əlavə edib ki, ölkəsi F. Güləni Türkiyəyə verməməklə hər hansı məqsəd güdmür: "Bizə Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı müraciət olmayıb. Prezident Rəcəb Tayyib Ərdoğan ictimaiyyət qarşısında ABŞ-dan bunu tələb etdi. Mən Türkiyənin xarici işlər nazirinə qanuni və rəsmi müraciətin olmasının vacibliyini bildirdim. Dedim ki, bizə göndərəcəkləri dosyedə ittiham deyil, dəlillər olmalıdır. Lazım olan dəilləri görməliyik. Sübutlar standartlara uyğun olsa, təbii ki, Türkiyə ilə ABŞ arasındakı ekstradisiya haqqında razılaşmanın şərtlərinə əməl edəcəyik. Rəsmi müraciət olmayıb, sübutlar təqdim edilməyib. Razılaşmanın tələblərini pozacaq heç bir hərəkət etmirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR