Ombudsman BMT İnsan Haqları Şurasının sessiyasında iştirak edib

Ombudsman BMT İnsan Haqları Şurasının sessiyasında iştirak edib
# 15 sentyabr 2016 12:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova 13-14 sentyabr tarixlərində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 33-cü sessiyasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müvəkkil sessiyaya gündəliyə uyğun olaraq insan hüquqları sahəsində təhsil və inkişaf hüququ ilə bağlı iki yazılı bəyanat təqdim edərək qeydiyyatdan keçirib və həmin bəyanatlar iştirakçı ölkələr arasında paylanıb.

Müvəkkil səfər çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Amerika, Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin rəhbəri, İnsan Hüquqları üzrə Ali Komissarlığın Milli institutlar və regional mexanizmlər bölməsinin rəhbəri, milli insan hüquqları institutlarının qlobal alyansının Cenevrə üzrə təmsilçisi və digər rəsmilərlə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR