Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb

Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb
# 29 sentyabr 2016 12:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev 5 mərtəbəli binanın damında təmir işləri apararkən yıxılıblar. İ. Musayev hadisə yerində ölüb, M. Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR