Ağcabədidə 82 yaşlı kişini qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Ağcabədidə 82 yaşlı kişini qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 14 dekabr 2015 12:06 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan Apellyasiya Məhkəməsində Ağcabədi rayonunda 82 yaşlı kişini qətlə yetirən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ağcabədi rayon sakini, 1994-cü il təvəllüdlü Osmanov Aydın Səlim oğlunun apellyasiya şikayətinə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Apelyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən il noyabr ayının 6-da Ağcabədi rayon sakini Aydın Osmanov 82 yaşlı Ənvər Məmmədovu tamah məqsədi ilə qətlə yetirib. Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ənvər Məmmədovu qətlə yetirmiş Aydın Osmanov rayonun fermalarından birində saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Osmanov Aydın Səlim oğlu Cinayət Məcəlləsinin 120.2.9, 120.2.11, 177.2.3, 29, 177.2.2 və 181.3.3 maddələri ilə təqsirli bilərək 18 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR