Türkiyədə təbii qaz ehtiyatları aşkar edilib

Türkiyədə təbii qaz ehtiyatları aşkar edilib
# 24 fevral 2016 23:31 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Sakarya vilayətinin Söğütlü, Ferizli və Serdivan rayonlarında qaz ehtiyatları aşkar edilib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, aşkarlanan təbii qaz ehtiyatlarının həcmi hələlik dəqiqləşdirilməyib.

Sakarya valisi Hüseyn Avni Coş dediyinə görə, tədqiqatlar müsbət istiqamətdə davam etməkdədir: “Geniş sahədə işlər davam etdirilir. İnşallah, ölkəmiz üçün çox əhəmiyyətli bir enerji qaynağı mövcud olacaq. Yaxın günlərdə qaz ehtiyatların həcmi barədə dəqiq məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR