Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 15,3 mlrd. dolları ötüb

Yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 15,3 mlrd. dolları ötüb
# 19 oktyabr 2015 08:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 15 348 453,65 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 35.72% azdır.

Bu ilin 9 ayında idxal əməliyyatları 6 578 512,55 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 0,87% çoxdur.

Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkənin ixrac əməliyyatları üzrə 8 769 941,10 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 49,47% azdır.

Nəticədə 2 191 428,55 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,94 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR