Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir təşkilatla əməkdaşlıq edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir təşkilatla əməkdaşlıq edəcək
# 23 noyabr 2015 12:53 (UTC +04:00)

Bakı – APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlıq memorandumu çərçivəsində hər iki qurum multikulturalizm, dialoq, anlaşma, münaqişələrin həlli, dinlər və mədəniyyətlərarası dialoqun qurulması üçün birgə fəaliyyət göstərəcək. Razılaşmaya əsasən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti 2016-cı ilin yanvar ayında Romada dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans təşkil edəcək.

Qeyd edək ki, Beynəlxalq Təşkilatların İtalyan Cəmiyyəti 1944-cü ildə İtaliya Xarici İşlər Nazirliyinin himayəsi ilə təsis edilib və Birləşmiş Millətlər Assosiasiyalarının Ümumdünya Federasiyasının təsisçi qurumlarındandır. Hazırda təşkilatın rəhbəri İtaliyanın sabiq xarici işlər naziri (2002-2004, 2008-2011) və Avropa İttifaqının ədalət, azadlıq və təhlükəsizlik üzrə komissarı (2004-2008) Franko Frattinidir.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün tədbirləri Diasporla İş üzrə dövlət Komitəsinin dəstəyi ilə ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR