Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı rusiyalı zabit ölüb

Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı rusiyalı zabit ölüb
# 24 mart 2016 21:36 (UTC +04:00)

Bakı-APA. Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiyanın xüsusi təyinatlı qüvvələrinin zabiti həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyadakı “Xmeymim” hava bazasında yerləşən Rusiya qüvvələrinin nümayəndəsi bildirib.

Məlumata görə, rusiyalı zabit İŞİD-in Palmira yaxınlığındakı mövqelərinə hava zərbələrinin tuşlanması üzrə döyüş tapşırığını həyata keçirən zaman həlak olub.

“Zabit bir həftə ərzində döyüş tapşırığını icra edib. O, terrorçuların mühüm obyektlərini müəyyənləşdirərək dəqiq zərbələrin endirilməsi üçün onların koordinatlarını Rusiya təyyarələrinə ötürüb”, - deyə mənbə bildirib.

O əlavə edib ki, terrorçular zabitin yerini müəyyənləşdirərək onu mühasirəyə alıblar, lakin o, silahlılarla döyüşə girərək, qəhrəmancasına həlak olub.

“Conflict Intelligence Team” Suriyada indiyədək altı rusiyalı hərbçinin öldüyünü bildirib. Onlardan beşinin ölümü rəsmi təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR