Peskov: "Rusiya-ABŞ münasibətlərində irəliləyiş var”

Peskov: "Rusiya-ABŞ münasibətlərində irəliləyiş var”
# 26 mart 2016 14:21 (UTC +04:00)

Bakı – APA. “Rusiya-ABŞ münasibətlərində müsbət irəliləyişlər var”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Bununla belə o qeyd edib ki, Moskva ABŞ rəhbərliyinin bir anda mövqeyini dəyişəcəyini gözləmir. Peskovun sözlərinə görə, tərəflər təcili həllini gözləyən problemlərlə bağlı dialoqun alternativsizliyini dərk edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR