Şəmkirdə idmançı suda boğularaq ölüb

Şəmkirdə idmançı suda boğularaq ölüb
# 02 aprel 2016 20:32 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Cüdo üzrə milli yığma komandanın üzvü Şəmkirdə suda boğulub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir Olimpiya İdman Kompleksində qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Qasımov Samir Vüqar oğlu məşqdən sonra hovuzda üzərkən boğulub. Ona dərhal tibi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR