Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi müəyyənləşib
# 20 sentyabr 2016 15:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sentyabrın 30-da keçiriləcək 2016-cı ilin payız sessiyasında ilk plenar iclasının gündəliyi müəyyənləşib.

Parlamentdən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 30 məsələ daxildir. Bunlar Milli Məclisin payız sessiyasında işlər planı, Azərbaycanın bir sıra ölkələr ilə imzaladığı sənədlərin ratifikasiyası, “Reklam haqqında”, Yol hərəkəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər bir sıra qanunlara əlavə və dəyişikliklərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR