Məzahir Pənahov: “Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, öz işidir”

Məzahir Pənahov: “Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, öz işidir”
# 02 oktyabr 2015 09:01 (UTC +04:00)

APA-nın məlumatına görə, M. Pənahov deyib ki, bütün subyektləri, o cümlədən müşahidəçiləri Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyə dəvət edirlər: “Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir. Bizim üçün əsas odur ki, ilk növbədə keçirilən seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın. İkinci, istənilən mərhələdə, istənilən formatda dünyanın istənilən yerində keçirilən tədbirdə Azərbaycanın mövqeyini ortaya qoyuruq və reallıq diqqətə çatdırılan zaman ictimaiyyət tərəfindən təqdirəlayiq qiymətləndirilir. Ona görə də buna kiminsə qərəzli münasibətinin üzərində dayanmaq istəmirəm, bu, bizim səlahiyyətimizə daxil olan məsələ deyil. Hər bir qurumun öz daxili siyasəti var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR