Ərəb Dövlətləri Liqası: Türkiyə qoşunlarını İraqdan dərhal çıxarmalıdır

Ərəb Dövlətləri Liqası: Türkiyə qoşunlarını İraqdan dərhal çıxarmalıdır
# 24 dekabr 2015 23:59 (UTC +04:00)

Bakı-APA. Türkiyə hökuməti qoşunlarını İraqdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərlərinin ötən gün Qahirədə keçirilən növbədənkənar toplantısında qəbul edilən qərarda qeyd olunub.

“ƏDL Türkiyənin İraq ərazisinə qoşun yeritməsini pisləyir və Türkiyə hökumətindən ordu qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”, deyə ƏDL baş katibinin müavini Əhməd Ben Xelli qeyd edib. .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR