® Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında” Konfransında uğurla iştirak etdilər

<font color=red>® </font> Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında” Konfransında uğurla iştirak etdilər
# 05 may 2016 14:02 (UTC +04:00)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Bakı Slavyan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında” adlı XIII Şagird-Tələbə Elmi Konfransında 11 nəfər şagirdlə təmsil olunurdu. Şagirdlər konfransda uğurla çıxış edərək öz elmi işlərini təqdim etdilər .
Konfransın sonunda BSU-nun akt zalında təntənəli bağlanış və təltif mərasimi keçirildi. Kompleksin konfransda daha fəal iştirak etmiş şagirdləri - Əsgərli Əli və İskəndərov Zaur diplomlarla mükafatlandırıldılar. Digər şagirdlərə də iştirakçı sertifikatları təqdim olundu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR