Bir qrup QHT Adil Əliyevə dəstək verib

Bir qrup QHT Adil Əliyevə dəstək verib
# 26 oktyabr 2015 12:18 (UTC +04:00)

Bakı-APA. Bir qrup QHT 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyevi dəstəkləyəcəyini bildirib.

Adil Əliyevin seçki qərargahından APA-ya verilən məlumata görə, bir qrup QHT bu addımı millət vəkilinin fəallığını və digər sahələrdə gördüyü işləri nəzərə alaraq atdığını bəyan edib.

Adil Əliyevi dəstəkləyən QHT bunlardır:

1. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti

2. Gənc İşgüzar Qadınlar Klubu

3. Qarabağ Müharibəsi və Veteranlarına, Şəhid Ailələrinə və Əlillərinə Sosial Mədəni Yardım

4. Azərbaycan Əlillər Cəmiyyətinin Mərkəzi İdarə Heyəti

5. Azərbaycan Əlillər Cəmiyyəti Nərimanov Rayon Əlillər Şöbəsinin İdarə Heyəti

6. Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin Nərimanov Rayon Şöbəsi

7. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi

8. Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi

9. Psixonevroloji uşaq evi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR