MTRŞ: Bu il ANS-dən başqa digər telekanallar edilən xəbərdarlıqlarla bağlı məhkəməyə müraciət etməyib

MTRŞ: Bu il ANS-dən başqa digər telekanallar edilən xəbərdarlıqlarla bağlı məhkəməyə müraciət etməyib
# 28 dekabr 2015 10:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2015-ci ildə telekanallar Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən onlara edilən xəbərdarlıqların ləğvi ilə bağlı məhkəməyə müraciət etməyiblər.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədli APA-ya deyib ki, bu il Şura tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarına görə “Lider" TV və Radio Azərbaycan” MMC, “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Teleradio Şirkəti”nə (2 dəfə) xəbərdarlıq elan edilib.

Aparat rəhbəri qeyd edib ki, bu il MTRŞ-nı yalnız “ANS Müstəqil Yayım və Media Şirkəti” məhkəməyə verib: “ANS-in Şuranı məhkəməyə verməkdə əsas məqsədi odur ki, cəriməni gec ödəsin. Onlar məhkəmə perspektivinin olmadığını yaxşı bilirlər. Şuranın elə bir qərar yoxdur ki, ANS həmin qərarla bağlı məhkəməyə müraciət etməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR