Aviqdor Liberman: “Azərbaycan demokratiyanın bariz nümunəsidir”

Aviqdor Liberman: “Azərbaycan demokratiyanın bariz nümunəsidir”
# 26 oktyabr 2015 10:06 (UTC +04:00)

APA-nın "Seçki-2015"-ə istinadən verdiyi məlumata görə, bunu İsrailin keçmiş xarici işlər naziri, “Naş dom-İzrail” partiyasının lideri, tanınmış siyasətçi Aviqdor Liberman deyib.

O bildirib ki, müəyyən dövlətlər bu uğurlu siyasət xəttini görmək və qəbul etmək istəmirlər.

A. Libermanın sözlərinə görə, Azərbaycanda bütün hüquqlar təmin olunub: “Ölkənizə qarşı seçki qabağı təzyiq ikili standartlardan irəli gəlir”.

O qeyd edib ki, İsrail dövləti də daim ikili standartlarla üzləşir və bu baxımdan da Azərbaycanın vəziyyətini yaxşı başa düşür.

“Hazırda bir çox dövlətlər Azərbaycana “başağrısı” yaratmaq niyyətindədirlər. Amma əminəm ki, Azərbaycanın müdrik və uğurlu xarici siyasət xətti buna imkan verməyəcək. Çox yaxın zamanda Azərbaycana gələcəyik”, - deyə siyasətçi vurğulayıb.

İsrailin keçmiş xarici işlər naziri Azərbaycanda parlament seçkilərinin beynəlxalq tələblərə uyğun keçiriləcəyinə əminliyini bildirib.

O deyib ki, əhali parlament seçkilərində sərbəst seçimini edəcək və bu seçkilərin nəticəsi Azərbaycanı tənqid edən bəzi qüvvələr üçün yaxşı dərs olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR