"Expressbank" müştərilərinə 100 dollar qazandırır

"Expressbank" müştərilərinə 100 dollar qazandırır
# 16 oktyabr 2015 07:55 (UTC +04:00)

Bakı - APA-Economics. "Expressbank" "Western Union" təcili pul köçürmə sistemi ilə birgə “Western Union ilə daha varlı“ adlı aksiya keçirir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, aksiya 31 dekabr 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə bankın filiallarında bu sistemlə pul göndərən və ya alanlar 100 ABŞ dolları qazana biləcəklər. Aksiyada iştirak etmək istəyənlər www.facebook.com/MoneyTransferAzerbaijan səhifəsində olan aplikasiya ("Использовать приложение" düyməsi) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Hər növbəti ayın 5-də püşkatma yolu ilə qaliblər müəyyən olunacaq. Aksiya müddətində 120 hədiyyənin təqdim edilməsi nəzərdə tutulub. Aksiya barədə ətraflı məlumat üçün – http://mta.gpi-company.com/az/regulation.html .

Qeyd edək ki, pul köçürmə xidmətlərini "Expressbank"ın filiallarında həyata keçirmək mümkündür. Bank "Western Union", "Zolotaya Korona", "Contact", "Lider", "Caspian Money Transfer" və "Monex" sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək "ExpressPay" ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR