Obamanı Kubaya səfərdə 20 konqresmen müşayiət edəcək

Obamanı Kubaya səfərdə 20 konqresmen müşayiət edəcək
# 08 mart 2016 04:11 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obamanı Kubaya səfərdə Senat və Nümayəndələr Palatasının üzvləri müşayiət edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, 20 nəfərlik nümayəndə heyətində həm Demokrat, həm də Respublikaçılar partiyasının təmsilçiləri yer alacaq.

Məlum olduğu kimi, ABŞ prezidenti martın 21-22-də Havanaya səfər edəcək. Barak Obamanın Kuba lideri Raul Kastro, ölkə ictimaiyyəti və sahibkarlarla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidenti olacaq. Bundan əvvəl 1928-ci ildə prezident Kelvin Kulic Havanaya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR