Ağcabədi sakini başından bıçaq xəsarəti alıb

Ağcabədi sakini başından bıçaq xəsarəti alıb
# 18 yanvar 2016 11:29 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı – APA. Ağcabədi rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, rayonun Hindarxı qəsəbəsinin sakini, 1969-cu il təvəllüdlü Abdullayev Yaşar Adıgözəl oğlu başında bıçaq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Xəstəxanada ilkin tibbi yardım göstərilən Y. Abdullayev evə buraxılıb. Hadisənin kim tərəfindən törədilməsi və hansı səbəbdən baş verməsi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR