Mənimsəmədə təqsirləndirilən şirkət menecerinin cəzası azaldılıb

Mənimsəmədə təqsirləndirilən şirkət menecerinin cəzası azaldılıb
# 13 aprel 2016 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin edərək, cəzasını 7 ildən 3 ilə endirib.

Qeyd edək ki, “Veysəloğlu” MMC-də satış meneceri olan N.Axundov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının azaldılması üçün apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR