Daşkəsən rayonunda yük maşını aşıb, sürücü ağır xəsarət alıb

Daşkəsən rayonunda yük maşını aşıb, sürücü ağır xəsarət alıb
# 22 oktyabr 2015 06:18 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsən rayonunda sürücün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Daşkəsən şəhəri ərazisində rayon sakini, 1969-cu il təvəllüdlü Namiq Əsgərov idarə etdiyi “QAZ-53” markalı avtomobillə hərəkətdə olarkən havanın dumanlı olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR