Fransadan Küveytə uçan təyyarənin pilotlarının yatması qırıcıları havaya qaldırıb

Fransadan Küveytə uçan təyyarənin pilotlarının yatması qırıcıları havaya qaldırıb
# 21 may 2016 08:16 (UTC +04:00)

Bakı - APA. Fransadan Küveytə uçuş həyata keçirən "Boeing" təyyarəsinin pilotları yuxuladığından uzun müddət İtaliya və Yunanıstandan olan dispetçerlərlə əlaqəyə çıxmayıblar.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, insident "EgyptAir" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasından 15 saat sonra baş verib.

Hadisə ilə bağlı həyəcan siqnalı verilib, İtaliya və Yunanıstanın baş nazirləri, həmçinin NATO məlumatlandırılıb.

Təyyarə Yunanıstanın paytaxtı Afina şəhərinin hava məkanına daxil olan zaman havaya dərhal iki ədəd "F-16" qırıcısı qaldırılıb. Qırıcılar laynerə yaxınlaşan zaman məlum olub ki, "Boeing"in hər iki pilotu yatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR