Bakı sakini evinin damından yıxılaraq ölüb

Bakı sakini evinin damından yıxılaraq ölüb
# 08 fevral 2016 12:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Telman Mustafayev evinin damında təmir işləri apararkən yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və fevralın 7-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR