Rusiyada rayon rəhbərinin müavinini öldürən iş adamının sürücüsü təslim olub

Rusiyada rayon rəhbərinin müavinini öldürən iş adamının sürücüsü təslim olub
# 20 oktyabr 2015 08:21 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya Federasiyasının Moskva vilayətinin Krasnoqorsk rayonunda 4 nəfərin öldürülməsi ilə əlaqədar axtarışda olan sahibkar Amiran Georqadzenin sürücüsü könüllü surətdə istintaqa təslim olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib. “Sürücünün vəkili hüquq-mühafizə orqanlara zəng edərək Şota Elizbaraşvilinin könüllü istintaqa təslim olmaq istədiyini bildirib. Hazırda onun ifadəsi alınır”, - deyə o, əlavə edib.

Hazırda A. Georqadzenin axtarışı davam etdirilir.

Xatırladaq ki, Krasnoqorsk rayonu ərazisində tikinti işləri ilə məşğul olan iş adamı oktyabrın 19-da rayon rəhbərinin birinci müavini Yuri Karaulov və Krasnoqorsk elektrik şəbəkəsinin rəhbəri Georgi Kotlyarenkonu qətlə yetirib. A. Georqadzenin üçüncü qurbanı isə yerli sakin olub. Daha əvvəl isə Moskva vilayətində A. Georqadzenin biznes tərəfdaşı Trestan Zakaidzenin cəsədi tapılmışdı. Polis hesab edir ki, o, A. Georqadzenin ilk qurbanıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR