Samur gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib - VİDEO

Samur gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2015 10:39 (UTC +04:00)

Samur Gömrük keçid məntəqəsinin rəis müavini Cavid Nadirov APA-nın yerli bürosuna bildirib ki, vətəndaşların, avtomaşınların qonşu ölkəyə vaxtında və növbəsiz keçməsi üçün gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. C.Nadirov bildirib ki, gün ərzində məntəqədən Rusiya ərazisinə 250-300 maşın buraxılır: “Hazırda keçid məntəqəsində hər hansı problem və növbə yoxdur”.

Qeyd edək ki, 15 oktyabr tarixindən Rusiyanın Azərbaycanla həmsərhəd olan Məhərrəmkənd rayonunun Tahirkənd Qazmaları sərhəd keçid məntəqəsi öz fəaliyyətini dayandırıb. Sərhəd keçid məntəqəsi 1 ay müddətinə təmir işləri ilə bağlı müvəqqəti bağlanıb. Rusiya tərəfində keçid məntəqəsinin bağlanması ilə əlaqədar Xaçmaz rayonu ərazisində yerləşən Xanoba keçid məntəqəsi də həmin vaxtdan etibarən öz fəaliyyətini dayandırmalı olub.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR