Sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayı azaldılıb

Sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayı azaldılıb
# 15 mart 2016 14:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayı azaldılıb.

APA-Economics” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.


“Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ikinci oxunuşdan sonra kifayət qədər araşdırılıb. Bu qanun layihəsi üzərində kifayət qədər ətraflı işlənilib və xeyli təkliflər nəzərə alınıb. Sizə təklif edilən qanun layihəsində 32 sahə üzrə 78 istiqamət üzrə lisenziya nəzərdə tutulub ki, bu da əvvəlki variantdan iki dəfə azdır. Eyni zamanda, bank, sığorta ilə bağlı lisenziyalar Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib. Beləliklə, lisenziyalar azaldılıb. Başqa sözlə, 23 sahədə 80 istiqamət üzrə lisenziyalar qalıb. Əvvəlki layihədə 300-dən yuxarı icazələr nəzərdə tutulmuşdu, indi bu icazələrin sayı 80-ə endirilib".


Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR