ADA universitetində “Konfliktlərin ictimai həyata və gənclərin fəaliyyətinə təsiri” layihəsi ilə bağlı tədbir keçirilib

ADA universitetində “Konfliktlərin ictimai həyata və gənclərin fəaliyyətinə təsiri” layihəsi ilə bağlı tədbir keçirilib
# 31 mart 2016 15:23 (UTC +04:00)

Bakı-APA. Martın 31-də ADA universitetində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəssamlar ittifaqının dəstəyi ilə “Konfliktlərin ictimai həyata və gənclərin fəaliyyətinə təsiri” layihəsi ilə bağlı tədbir keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, əvvəlcə layihə haqqında “Konfliktərin rəngi” adlı rəsm sərgisi və təqdimat videosu nümayiş etdirilib.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, professorlar və gənclər təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Milli Məclisi Gənclər və İdman Komitəsinin, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov layihə haqqında ətraflı məlumat verib. Millət vəkili bildirib ki, layihənin əsas məqsədi konfliktlərin, soyqırımların, terror aktlarının ictimai həyata və gənclərin fəaliyyətinə göstərdiyi təsiri yerli və əcnəbi gənclərin nəzərinə çatdırmaqdır.

ADA Universitetinin vitse-prezidenti Fariz İsmayılov çıxış edərək tarixdə Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımları xatırlayaq bildirib ki, bu faktlar gənc nəslə aşılanmalıdır: “Çünki dövlət və dövlətçiliyimizin qorunmasında bu vacib amillərdəndir. Eyni zamanda bu cür layihələrin, ideyaların gələcəkdə də dəstəklənməsi vacib məsələlərdir”.

Millət vəkilləri Rövşən Rzayev və Sevinc Hüseynova qeyd ediblər ki, gənclərin beynəlxalq müdafiəsi ictimai həyatın bütün sahələrində onların hüquqlarına hörmət və əməl olunmasının təmin edilməsi, həmin hüquqların təminat səviyyəsinin və mexanizmlərinin artırılması məqsədi ilə dövlətlərin və müvafiq beynəlxalq təşkilatların əməkdaşlığını tənzim edən beynəlxalq hüquq normalarının yaradılması gərəklidir.

Azərbaycan Rəssamlar İttifaqının katibi xalq rəssamı Ağəli İbrahimov, sənətşünas Dilarə Müzəfərli çıxış edərək soyqırımı və konfliktlər mövzusunda məhz rəsm sərgisinin seçilməsinin əhəmiyyətindən danışıblar.

Tədbir müxtəlif mövzularda məruzələrlə davam edib. Sonda “Konfliktlərin rəngi” rəsm sərgisinin mükafatlandırma mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR