Qulu Məhərrəmlinin İlhamə Novruzovaya qarşı iddiası əsasında məhkəmə prosesi davam etdirilib

Qulu Məhərrəmlinin İlhamə Novruzovaya qarşı iddiası əsasında məhkəmə prosesi davam etdirilib
# 14 iyun 2016 16:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi rayon Məhkəməsində telejurnalist Qulu Məhərrəmlinin jurnalist İlhamə Novruzovaya qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Q. Məhərrəmlinin nümayəndəsi Nicat Gözəlovun APA-ya verdiyi məlumata görə, prosesdə onlar İ. Novruzovanın yazısı ilə bağlı lingvistik ekspertizanın keçirilməsi barədə, qarşı tərəf isə Q. Məhərrəmlinin yazdığı tədris vəsaitlərinin plagiat olub-olmamasının yoxlanılması ilə bağlı vəsatət veriblər. Məhkəmə hər iki vəsatəti təmin edib və işin icraatı dayandırılıb. Ekspertiza rəyləri məhkəməyə təqdim olunduqdan sonra proses davam etdiriləcək.

Qeyd edək ki, İlhamə Novruzova mətbuatda Qulu Məhərrəmli haqqında yazı yazıb. Qulu Məhərrəmli hesab edir ki, həmin yazı onun nüfuzuna ziyan vurur. Buna görə də Q. Məhərrəmli məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR