Hindistanda ağır yol qəzasında azı 11 nəfər ölüb

Hindistanda ağır yol qəzasında azı 11 nəfər ölüb
# 11 iyun 2016 21:23 (UTC +04:00)

Bakı-APA. Hindistanın Qucarat ştatında yük maşının motorikşa ilə toqquşması nəticəsində azı üçü uşaq olmaqla 11 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident bu gün Çavand yaşayış məntəqəsində baş verib. Motorikşada olan sərnişinlərdən 9-u hadisə yerində, daha ikisi isə sonradan xəstəxanada keçinib. Bir nəfərin vəziyyəti ağır olaraq qalmaqdadır.

Hindistanda yolların bərbad vəziyyətdə olması və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verən yol qəzalarında hər gün orta hesabla 400, ildə isə 150 min insan ölür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR