Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar məbləğində kredit ayırıb

Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar məbləğində kredit ayırıb
# 19 fevral 2016 01:13 (UTC +04:00)

Bakı-APA. Rusiya və Ermənistan hökumətləri arasında Ermənistana 10 il müddətinə 200 milyon dollar məbləğində dövlət ixrac kreditinin ayrılmasına dair saziş imzalanıb. Kredit üzrə ilk ödəniş 2018-ci ilin əvvəlinə nəzərdə tutulub. APA-nın xəbərinə görə, bu barədə Rusiyanın rəsmi hüquq informasiya portalında dərc edilmiş məlumatda bildirilir.

“Rusiya tərəfi Ermənistana 200 milyon dollar məbləğində dövlət ixrac kreditinin ayırır. Bu vəsait 1 saylı əlavədə göstərilən siyahıya müvafiq olaraq, Rusiya istehsalı olan hərbi təyinatlı məhsulların Ermənistana tədarükünün maliyyələşməsinə ayrılıb”, - deyə məlumatda bildirilir.

Əlavəyə əsasən, Ermənistan Rusiyadan “Smerç” tipli reakiv yaylım atəşi sistemləri və sursatları, “Igla-S” zenit-raket kompleksləri, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksi, “TOS-1A” ağır odatan sistemləri , “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, “Draqunov” tipli snayper tüfəngləri, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.

Məlumatda bildirilir ki, ikitərəfli yazılı razılaşma əsasında siyahıya dəyişiklik edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR