Bakıda təkər təmiri sexindən oğurluq edilib

Bakıda təkər təmiri sexindən oğurluq edilib
# 15 sentyabr 2015 08:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Elşən Cavadova məxsus təkər təmiri sexindən, qapının kilidini sındırmaqla avtomobil ehtiyat hissələri və qaldırıcı qurğu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1978-ci il təvəllüdlü Amil Kamil oğlu Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR