Türkiyənin Egey sahillərində 21 miqrantın meyiti tapılıb

Türkiyənin Egey sahillərində 21 miqrantın meyiti tapılıb
# 05 yanvar 2016 13:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyədə, Egey dənizi sahillərində 21 mühacirin meyiti tapılıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ölənlərdən 3-ü uşaqdır.

İlkin məlumata əsasən Yunanıstanın Lesbos adasına getmək istəyən miqrantların qayığı aşıb. Meyitlər iki müxtəlif yerdə aşkarlanıb. 11 cəsəd Balıkəsir vilayətinin Ayvalık şəhərinin sahil rayonunda, daha 10 nəfərin meyiti isə İzmir vilayətinin Dikili şəhəri sahillərində aşkar edilib. Sağ qalanların axtarışı üçün 3 qayıq və helikopter göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR