Qazaxıstanın baş naziri: "Bu ilin birinci yarısında neftin qiyməti 20 dollaradək enəcək"

Qazaxıstanın baş naziri: "Bu ilin birinci yarısında neftin qiyməti 20 dollaradək enəcək"
# 25 yanvar 2016 08:10 (UTC +04:00)

Bakı - APA-Economics. "Neftin qiymətləri aşağı səviyyədə 5-7 il ərzində qala bilər". "APA-Economics"in xəbərinə görə, bu barədə "Bloomberg" agentliyinə müsahibəsində Qazaxıstanın baş naziri Karim Masimov deyib.

"Neftin 1 barelinin qiyməti 30 dollar olduğu halda, Qazaxıstanda ÜDM istehsalı sıfır ətrafında olacaq. Biz dövlət büdcəsində neftin baza qiymətini 1 barelə görə, 40 dollardan hesablamışıq, lakin bu rəqəm 30 dollaradək enə bilər. Neftin 1 barelinin qiyməti 16 dollara ensə belə, biz buna dözərik. Düzdür, bəzi layihələr korreksiyaya məruz qalacaq", - deyə K. Masimov bildirib.

Baş nazirin proqnozuna əsasən, cari ilin birinci yarısında neftin 1 barelinin qiyməti 20 dollara enə bilər. Bununla belə, ilin ikinci yarısında bu rəqəm 30-40 dollaradək artacaq.

Xatırladaq ki, Qazaxıstan hökumətinin proqnozuna əsasən, bu il ÜDM artımı 2,1% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR