Naxçıvanda avtomobil dörd uşaq atasını vuraraq öldürüb

Naxçıvanda avtomobil dörd uşaq atasını vuraraq öldürüb
# 07 mart 2016 08:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndinə qeydə alınıb. Kənd sakini Elməddin Zülal oğlu Cəlalov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətdən yerindəcə keçinib.

Hadisəni törədən avtomobil hələlik tapılmayıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən E. Cəlalov 4 uşaq atasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR