Milli Məclisin nümayəndə heyəti İsrailə səfər edəcək

Milli Məclisin nümayəndə heyəti İsrailə səfər edəcək
# 05 fevral 2016 15:11 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramov fevralın 9-dan 12-dək İsraildə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsrail Knessetinin Beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər araşdırılacaq.

Eyni zamanda, Azərbaycan və İsrail parlamentarlarının beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR