Kaliforniyada iki polis öldürülüb, biri isə yaralanıb

Kaliforniyada iki polis öldürülüb, biri isə yaralanıb
# 09 oktyabr 2016 02:46 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının Palm-Sprinqs şəhərində polis əməkdaşları atəşə tutulub, onlardan ikisi ölüb, daha biri isə yaralanıb.

APA-nın “Desert Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, hücum edənlər hələlik saxlanılmayıblar. İnsidentin detalları açıqlanmır. Hadisə şahidləri pulemyotdan açılmış 20-dək atəş səsini eşitdiklərini bildiriblər. Onlardan birinin sözlərinə görə, hadisədən əvvəl bir kişi psixi problemləri olan oğlunun polislərə atəş açmaq istədiyini bildirərək yardım istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR