Qazaxda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Qazaxda yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
# 21 noyabr 2015 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Qazax rayonunda yol qəzası zamanı xəsarət alan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 19-da saat 23 radələrində Qazax rayonunun 2-ci Şıxlı kəndində Tovuz rayon sakini Ramin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Etibar Məmmədovu vurub.

Xəstəxanaya yerləşdirilmiş E. Məmmədov noyabrın 20-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR