İsmayıllıda ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb - VİDEO

İsmayıllıda ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb - <span style="color: red;">VİDEO
# 22 noyabr 2015 16:47 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı rayonunda bir ailənin iki üzvü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 18:30 radələrində İsmayıllının Talıstan kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Qasımlı Yeganə Ağaməmməd qızı azyaşlı övladını, 2010-cu il təvəllüdlü Qasımlı Fərid Cavid oğlunu yaşadığı evin hamam otağında çimizdirərəkən hər iksi dəm qazından zəhərlənərək ölüb. İlkin məlumata görə hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı içəri dolaraq zəhərlənməyə səbəb olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ana və övladının meyidi hazırda Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsində müayinə edilir. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR