ABŞ F-15 qırıcılarını Türkiyədən çıxarıb

ABŞ F-15 qırıcılarını Türkiyədən çıxarıb
# 17 dekabr 2015 15:23 (UTC +04:00)

APA-nın “Military.com”a istinadən verdiyi məlumata görə, təyyarələr öz daimi bazalarına (Leykenhit, Böyük Britaniya) göndərilib.

Pentaqon bu addımın Moskva-Ankara münasibətlərinin gərginləşməsi ilə əlaqəli olmadığını qeyd edib. ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, F-15 qırıcılarının İncirlik aviabazasında yerləşməsi müddətsiz xarakter daşımayıb.

Bununla yanaşı Pentaqondan təsdiqləyiblər ki, təyyarələr Britaniyaya dekabrın 15-də ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birgə Komitəsinin sədri Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında baş tutmuş telefon danışığından sonra istiqamət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR