Ucarda fərdi ev yanıb

Ucarda fərdi ev yanıb
# 02 fevral 2016 14:54 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda fərdi evdə güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində rayonun Pirkənd kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Ucar rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının miqyası geniş olduğundan Kürdəmir rayonundan hadisə yerinə əlavə yanğınsöndürən maşın cəlb olunub.

Yanğın nəticəsində Pirkənd sakinləri 56 yaşlı Eldar Heydər oğlu Zülfiqarov və onun qardaşı oğlu 31 yaşlı Orxan Qurban oğlu Zülfiqarova məxsus, ümumi sahəsi 500 kvadrat metr olan olan ikimərtəbəli 9 otaqlı evin 115 kvadrat metri əşyaları ilə birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR